İmkansızlıqdan evini satışa çıxaran jurnalist: Evimi alan yoxdur - FOTOLAR

İmkansızlıqdan evini satışa çıxaran jurnalist: Evimi alan yoxdur - FOTOLAR
Bütün Xəbərlər
14:50 25.08.2016
4525
Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Kamil Həmzəoğlu evini satışa çıxarıb.
AZXEBER.COM-a danışan jurnalist növbəti dəfə imkan şəxslərə müraciət edib: "Milyarderləri, milyonçuları, varlı-karlıları heç də az olmayan bu məmləkətdə bir Allahın qulu (bəndəsi) yoxdurmu ki, bu evi alsın, bizim də canımız müvəqqəti olsa belə, çətinlikdən, sıxıntıdan qurtulsun?! Əslində ağlı başında olan kim istər ki, evini-ocağını satışa çıxarsın? Təbii ki, heç kim! Amma bəzən həyatın sənə tərs sillə-şapalaq vuracağı da istisna eyil-özünün xəbərin olmadan belə. Yəni, həyat, fələk deyir ki, sən saydığını say, gör mən nə sayıram. Allah heç kimi evini-ocağını satışa çıxarmaq zorunda qoymasın. Amma və lakin. Dostlar, evimin satılmasında, müştəri tapılmasında mənə yardımçı olun, lütfən!Jurnalist evinin qiymətini də açıqlayıb: "Bu günə kimi də əlimi haram tikəyə uzatmadım, boğazımdan haram tikə keçmədi, kiminsə haqqına girmədim, zina, naməhrəm, nacins işlərlə məşğul olmadım. Amma nə etmək olar, həyatdır, haradan və nə vaxt zərbə gələcəyi məlum deyil. Mən də istəmədən, arzulamadan son 4-5 ildə borclara düşdüm, həm bank borcları, həm də şəxsi borclar məni artıq bezdirib - usandırıb, mənə zamin olan insanları da üzmək istəmirəm, hamısı abırlı-həyalı, mədəni, ziyalı insanlardır, istəmirəm ki, kimlərsə mənə görə onları narahat etsin. Odur ki, Qobudakı (17 illik kirayə həyatından sonra nə zorluqlarla-çətinliklərlə tikib başa gətirdiyim, daha doğrusu, gətirməyə çalışdığım) evimi iki sot torpaqla birlikdə satışa çıxarıram - ilkin qiyməti də 16 min AZN. Aşağı yeri də var (tel: 0515841194, 4347246-iş)"
Son olaraq Kamil Həmzəoğlunun evinin fotolarını təqdim edirik:
OXŞAR XƏBƏRLƏR