İndoneziyada sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 26-ya yüksəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, sentyabrın 13-də İndoneziyanın Surabaya şəhərindən Banjarmasin şəhərinə yola düşən "Virgo Transport 8” sərnişin gəmisi Java dənizində yan üstə çevrilərək batıb.
Milli Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Syafii bildirib ki, qəza nəticəsində 26 nəfər həyatını itirib, 109 nəfər isə hələ də itkin sayılır.
Onun sözlərinə görə, 108 nəfər xilas edilib.
Qeyd olunub ki, hadisə baş verən zaman gəmidə 30-u ekipaj üzvü olmaqla 243 nəfər olub.
Gəmi bir neçə gün qismən suyun üzərində qalıb, daha sonra isə tamamilə batıb.
Hazırda itkin düşən şəxslərin tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.
Gülay











































