İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər
İDMAN
17:25 28.11.2026
81
İngiltərə Premyer Liqasının bir sıra klubları maliyyə qaydalarını pozmaqda təqsirli bilinən "Mançester Siti”nin hazırkı sahiblərinin klubu satmağa məcbur edilməsini istəyir.
AZXEBER.COM xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bir neçə Premyer Liqa klubunun rəhbərliyi "Mançester Siti”nin əsas sahibi olan şeyx Mənsur bin Zayed Əl Nəhyanın rəhbərlik etdiyi "City Football Group” holdinqinin klubu satmağa məcbur edilməsini uyğun cəza hesab edir.
Klublardan birinin anonim qalmaq istəyən nümayəndəsi bildirib ki, sahiblər klubu satmağa məcbur edilməyəcəksə, digər cəzaların mənası olmayacaq. Onun sözlərinə görə, əks halda Müstəqil Futbol Tənzimləyicisinin (IFR) maliyyələşdirilməsinin məqsədi də sual altına düşə bilər.
Digər tərəfdən, Premyer Liqanın klublardan sanksiyalarla bağlı açıq açıqlamalardan çəkinməyi və prosesin yekunlaşmasını gözləməyi xahiş etdiyi bildirilir. Bununla belə, bəzi klubların rəhbərliyi öz mövqeyini artıq IFR-ə qapalı şəkildə çatdırıb.
Qeyd edək ki, "Mançester Siti” Premyer Liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsi ilə bağlı müstəqil komissiyanın qərarından apellyasiya şikayəti verib. Klubların hamısı mümkün cəzanın klubu satmağa məcbur etmək olması ilə razı deyil.