İnsan alverinə 'Gənc baxış'

İnsan alverinə
GƏNCLİK
15:25 27.06.2013
1603

Azərbaycan Uşaqlar Birliyi (AUB) tərəfindən İREX Beynəlxalq Təşkilatının maliyyə dəstəyi və yaxın əməkdaşlığı ilə 2013-cü ilin yanvar ayından etibarən başlanan “Gənc Baxış” Gənclərin İnsan alverinə qarşı sosial media fəaliyyəti adlı layihəsinin icrası bu ayın sonu başa çatır.

AZXEBER.COM-un məlumatına görə, layihənin məqsədi insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan uşaqlara sosial media və video-jurnalistika sahəsində bilik və bacarıqlar verərək, yeni mediadan düzgün və effektiv istifadə etməklə Azərbaycanda məcburi əməyin və insan alverinin aradan qaldırılmasına töhfə verməkdən ibarət idi. Layihə Bakı şəhəri, eləcə də, Şəki və İmişli rayonlarını əhatə etmişdi. Layihə çərçivəsində sosial media və video jurnalistika sahəsində yeniyetmə və gənclər arasında müvafiq təlim kurslarının təşkil edilmiş, regionlarda gənclər fəaliyyətinin həyata keçirilir, internet TV-lərdəki interaktiv proqramlarda və mövzu ilə əlaqədar verilişlər təşkil olunmuş, gənclər tərəfindən insan alveri və məcburi əmək probleminin həllinə yönəlmiş 4 sosial video çarx hazırlanaraq sosial şəbəkələr, youtube, internet TV-lərdə nümayiş etdirilmişdi. Həmçinin bu sosial videoçarxlar xüsusi DVD-lərdə toplanaraq hökumət, eləcə də, vətəndaş cəmiyyəti təşkilatlarına təmənnasız olaraq paylanmışdır.

Həmçinin “Gənc Baxış” adlı Facebook qrupları, YouTube veb-səhifələri yaradıldı. Veb-səhifələr layihə ilə bağlı xəbər və nailiyyətləri paylaşmaq üçün iştirakçılar tərəfindən müntəzəm olaraq yeni video materiallar və sosial reklamlarla yenilənir və bu işlər layihə başa çatdıqdan sonra da davam edəcək.

Təşkilatçılar, həmçinin təlim keçmiş gənclər layihədəki əsas məqsədi təşviq etmək üçün video materialları və sosial videoçarxları İmişli və Şəkidə icma üzvləri də daxil olmaqla, öz yaşıdları və onların valideynləri ilə paylaşmaqdan ötrü regionlara səfərlər təşkil etdilər, videoçarxları nümayiş etdirdilər.

Layihənin icrası zamanı cəmiyyətdə insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan kimsəsiz uşaqların effektiv sosial reabilitasiyası, sosial reinteqrasiya və dəstək mexanizmlərinin gücləndirilməsi üçün özəl sektor da daxil olmaqla, hökumət və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq qurularaq bu sahədə yeni medianın müxtəlif imkanlarından maksimum şəkildə istifadə edilməsinə istiqamətlənmiş fəaliyyət həyata keçirildi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır