"Instagram" səhvən əksər istifadəçilərin yazılarda bəyənmə sayını izləmək imkanlarını məhdudlaşdırıb.
Bu barədə sosial şəbəkə nümayəndələri rəsmi "Twitter" səhifələrində məlumat veriblər.
"Bu gün səhvən bir çox insanı İnstaqram sosial şəbəkəsinin sınaq testlərinə əlavə etdik. Bu problemi aradan qaldırırıq və hər kəs üçün bəyənmə sayını ən qısa müddətdə bərpa edirik" - deyə sosial şəbəkə komandası bildirib.
Hazırda problem həll edilib. Yazıların altında bəyənmə sayını görməyənə istifadəçilər səhifəni yeniləməlidirlər. (publika.az)
///Milli.Az