MÜTDA-dan AZXEBER.COM-a verilən məlumata görə, bu gün namizədlər təsviri incəsənət, texnologiya, Azərbaycan dili, biologiya və fiziki tərbiyə fənləri üzrə bilik və bacarıqlarını yoxlayıblar. Test imtahanlarının ikinci gününə 5809 namizəd dəvət olunub. Ümumilikdə 95% davamiyyət qeydə alınıb.
Bununla yanaşı bildiririk ki, Balakən şəhər İmaməddin Nəsimi adına 2 nömrəli tam orta məktəbdə internet şəbəkəsində yaşanan texniki nasazlıq səbəbindən 41 namizəd imtahanı davam etdirə bilməyib.
Yarandığı andan etibarən texniki nasazlıq operativ şəkildə araşdırılıb, növbəti günlərdə təşkil ediləcək imtahanların fasiləsizliyi təmin edilmişdir.
Qeyd edək ki, sözügedən namizədlər üçün imtahan prosesi 18 iyul tarixində təşkil olunacaq. İmtahanın yenidən təşkilinə dair müvafiq bildiriş namizədlərin şəxsi səhifələrinə göndəriləcək.











































