İnterpolun axtardığı azərbaycanlı cərrah - FOTOLAR

KRİMİNAL
16:18 05.09.2014
4174

Rusiyanın "Komsomolskaya pravda" qəzeti 6 il bundan öncə 2007-2012-ci illərdə Moskvada işləyən estetik cərrah Elçin Məmmədovu dələduzluqda və insan ölümündə günahlandıraraq "İnterpol" tərəfindən axtarışa verildiyi barədə məqalə hazırlayıb. 

Azərbaycanlı cərrahın "Estet klinika" və "Lanset" klinikasında çalışdığı zaman estetik cərrahiyyə aləmində "rəssam" kimi tanınan doktorun bir neçə qadının bədbəxt etdiyini, birini isə öldürdüyü yazılır. Qəzet Moskva sakini Anna Spitsına üzərində uğursuz əməliyyat keçirdiyini və xanımın bu günə qədər komada olduğunu iddia edir. "KP" iddia edir ki, 2012-ci ildən sonra Elçin Məmmədov həbs olunacağını bildikdən sonra Rusiyadan qaçaraq Azərbaycana gəlib.  

AZXEBER.COM xəbər verir ki, ANS PRESS-in araşdırması isə digər məqamları üzə çıxarıb. Məlum olub ki, professor Elçin Məmmədov Azərbaycana qayıtdıqdan sonra bu günə qədər Bakıda yerləşən "Caspian İnternational Hospital"da estetik cərrah vəzifəsində işləyir. Elçin Məmmədov İnterpol tərəfindən axtarışda olmasına aydınlıq gətirib. 

"Mən çox məşhur cərraham, dünyanın bir neçə ölkəsindən əməliyyat olunmaq üçün mənim yanıma gələnlər var. Məhz buna görə də orada işləməyim üçün klinikanın rəhbərliyi mənimlə əlaqə saxlayıb razı saldı ki, ora gedim. Orada əməliyyat zamanı anastizioloq dozanı artıq etdiyinə görə Anna Spitsına komaya düşüb. Burada mənim heç bir günahım yoxdur, bu hadisədən sonra mən həmin klinikadan ayrılmaq istədiyimi bildirdim. Onlar dedilər ki, əgər getsəm baş vermiş hadisəni mənim üzərimə atacaqlar. Əlbəttə ki, mən bunlara fikir vermədim və çıxıb getdim. Annanın həyat yoldaşı Kirili polis bölmələrinə və televiziyalara çağıraraq tələb edirlər ki, onların istədiklərini desin. Kirilin burada heç bir rolu yoxdur. Məhkəmə keçirildi və qərar çıxdı ki, mənim günahım yoxdur Anna anastizioloqun günahından bu vəziyyətə qalıb", - deyə Elçin Məmmədov bildirib. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Rusiyada İnterpolun axtarışa verdiyi azərbaycanlı cərrahın Azərbaycan klibinakasında çalışmasına aydınlıq gətirib. Mətbuat katibi bildirib ki, Səhiyyə Nazirliyi özəl müəssisələrin kadr siyasətinə müdaxilə etmir. "Birinci növbədə bu haqda başqa müəssisələr maraqlanmalıdır, Səhiyyə Nazirliyi axtarışda olan insana görə cavabdeh deyil", - deyə Anar Qədirli bildirib. 

Məsələ ilə əlaqəli olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovla də əlaqə saxladıq. Ehsan Zahidov bildirib ki, Elçin Məmmədovun işi ilə bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR