İordaniya Ermənistanın ''Xankəndi aeroportu oyunu''na reaksiya verəcək

İordaniya Ermənistanın
Bütün Xəbərlər
08:13 22.10.2012
1250
Bu gün Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovla bu ölkənin xarici işlər naziri Nasser Cudeh arasında görüş keçirilib. Azərbaycanın İordaniyadakı səfirliyindən bildiriblər ki, dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə uğurla inkişaf edən ikitərəfli əlaqələrin müsbət dinamikası qeyd edilib, dövlət başçıları arasında yaranan xoş münasibətlərin xalqlarımızın əməkdaşlığının gələcək inkişafına mühüm töhfə verəcəyi xüsusi vurğulanıb.Nazir son illərdə İordaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, yüksək səviyyədə səmərəli görüşlərin keçirildiyini və güclü tərəfdaşlıq prinsiplərinə əsaslanan əlaqələrimizin genişləndiyini vurğulamış, əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edib.Görüşdə Ermənistanın Azərbaycan Respublikasının hava məkanından və mülki aviasiya infrastrukturundan qeyri-qanuni istifadə, o cümlədən Xocalı hava limanına uçuşlar təşkil etmək cəhdinin mülki aviasiya təhlükəsizliyinə və regiondakı vəziyyətə mənfi təsir göstərəcəyi xüsusi vurğulanıb. Ermənistanı beynəlxalq hüquq normalarına zidd olan bu niyyətdən daşındırmaq məqsədilə İordaniya tərəfinə müraciət edilib və bununla əlaqədar rəsmi nota təqdim olunub. N.Cudeh qısa müddətdə İordaniyanın bu məsələyə dair münasibət bildirəcəyini vəd edib.
OXŞAR XƏBƏRLƏR