İordaniyada kilsəyə hücumda şübhəli bilinən üç nəfər saxlanılıb

İordaniyada kilsəyə hücumda şübhəli bilinən üç nəfər saxlanılıb
DÜNYA
09:00 26.10.2026
204
İordaniya təhlükəsizlik qüvvələri ölkənin cənubunda doqquz nəfərin həlak olması ilə nəticələnən Müqəddəs Georgi kilsəsinə hücumda iştirakda şübhəli bilinən üç nəfəri saxlayıb.

"Reuters" xəbər verir ki, şübhəlilər oktyabrın 23-də Əl-Kərək əyalətində törədilmiş silahlı hücumla əlaqədar saxlanılıblar.

İnsident kilsədə anım mərasimi zamanı baş verib. Silahlı şəxslər kilsəyə toplaşanlara atəş açıblar.

İordaniyanın səhiyyə naziri İbrahim əl-Bəddurun məlumatına görə, hücum nəticəsində doqquz nəfər həlak olub, onlarla insan yaralanıb.

///report///
OXŞAR XƏBƏRLƏR