"iPhone" sizi izləyir!

Bütün Xəbərlər
19:39 21.04.2011
1717
Mütəxəssislərin sözlərinə görə, "iPhone" istifadə edənlərin hər addım qeyd edilir. Çünki cihaz istifadəçinin getdiyi bütün yerlərin məlumatını yaddaşa yazır.

Xarici mətbuatda gedən xəbərlərə görə, mütəxəssislər Pete Varden və Alasdair Allan məlumatın vizuallaşdırması layihəsi üçün birlikdə işləyərkən gizli bir fayl tapıblar. Tapılan faylda həddindən artıq çox məlumatın saxlanıldığı ortaya çıxıb.

Telefonda saxlanan bu məlumat "iPhone Tracker" adlı proqram vasitəsilə gedilən yerlərin xəritəsini çıxarır. Cihaz kompüterə quraşdırıldıqda xəritə kompüterə yüklənir.

Apple isə mövzuyla bağlı heç bir açıqlama verməyib.

 

 

OXŞAR XƏBƏRLƏR