İqlim dəyişikliyinin yalnız Yerdəki həyata təsir etdiyi düşünülsə də, yeni araşdırmalar bunun kosmosda da ciddi nəticələri ola biləcəyini ortaya qoyur.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, alimlərin fikrincə, atmosferdə artan karbon qazı (CO₂) səviyyəsi aşağı Yer orbitində peyklərin hərəkətini dəyişdirərək toqquşma riskini artırır.
Birmingem Universitetinin araşdırmasına görə, istixana qazları atmosferin aşağı hissəsindəki istiliyi tutaraq, atmosferin yuxarı təbəqələrinin soyumasına və büzülməsinə səbəb olur. Normalda atmosferin sıxlığı köhnə peykləri orbitdən çıxararaq kosmik zibilləri azaldır.
Lakin atmosfer nazikləşdikcə peyklərin orbitdə keçirdikləri vaxt artır və toqquşma ehtimalı artır.
Hazırda dəniz səviyyəsindən 300 ilə 1000 kilometr arasında olan aşağı Yer orbitində 8000-dən çox peyk var. Alimlər vurğulayırlar ki, kosmik hava hadisələri qısa müddətdə atmosferin sıxlığını dəyişə bilər, lakin iqlim dəyişikliyi uzunmüddətli təsirə malikdir.
Gülay