İqtisad Universitetinin tələbələri Heydər Əliyev Fondunda - FOTO

GƏNCLİK
14:27 19.01.2012
1459
Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup tələbəsi yanvarın 19-da Heydər Əliyev Fondunda olub. AzərTAc xəbər verir ki, tələbələrə ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, çoxşaxəli fəaliyyəti, ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verilib.Gənclər ulu öndər Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ümummilli lider haqqında kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş fotolara maraqla baxıblar.Ulu öndər Heydər Əliyevin orta və ali məktəbləri əla qiymətlərlə bitirməsi barədə attestatı və diplomu, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnaməsi, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələri, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkilləri, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırıb.Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hüquqi, demokratik dövlət və ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat tələbələr tərəfindən maraqla qarşılanıb.Tələbələr Fonddan zəngin təəssüratla ayrılıblar.

OXŞAR XƏBƏRLƏR