İqtisadiyyat Nazirliyi koronavirusla mübarizə üçün 1,2 milyon ianə etdi

İQTİSADİYYAT
15:16 31.03.2020
618
İqtisadiyyat Nazirliyi ölkəmizdə koronavirus pandemiyasına (COVİD-19) qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Prezidentin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,2 milyon manat vəsait köçürüb.

AZXEBER.COM xəbər verir ki, İqtisadiyyat Nazirliyinin və qurumlarının əməkdaşları bu sosial təşəbbüsü əmək haqqı və könüllü ianələri hesabına dəstəkləyiblər.

Sosial aksiyaya Nazirliyin aparatı və regional bölmələri, Nazirlik yanında Dövlət Vergi, Əmlak Məsələləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət dövlət xidmətləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Sumqayıt Kimya Sənaye Parkı” MMC, "Təmiz Şəhər” ASC, Sahibkarlığın İnkişafı Fondu, AZPROMO və s. qurumları qoşulublar.

OXŞAR XƏBƏRLƏR