İrakli Samxaradze tələbələrlə görüşdü

GƏNCLİK
21:36 18.10.2011
1561

12- 13 oktyabr 2011-ci il tarixində Avropa Hüquqşünas Tələbələr Birliyinin (ELSA) Beynəlxalq Nümayəndəliyinin Tələbə Təcrübə Mübadiləsi Proqramı (VP STEP) üzrə vitse-prezidenti İrakli Samxaradze ELSA-nın Azərbaycandakı nümayəndəliyinin fəxri qonağı oldu. Səfər çərçivəsində qonaq Azərbaycanın dövlət universitetləri olan Bakı Dövlət Universiteti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquq fakültələrinin rəhbərliyi ilə görüşdü, aktiv tələbələrlə görüşlərdə iştirak etdi və ünvanlanan sualları cavablandırdı.

ELSA-dan AZXEBER.COM-a verilən məlumata görə, səfərin əsas məqsədi, artıq bir ildirki Avropa Hüquqşünas Tələbələr Birliyinə üzv seçilən Azərbaycanda bu müddət ərzində görülən işlərlə yaxından maraqlanmaq və illik hesabat toplantısı keçirtməkdir. Bir neçə gün davam edən toplantılarda tələbələrlə yanaşı, bir çox dövlət rəsmiləri ilə də görüşlər keçirildi. Gündəlikdə əsasən Avropada təhsil alan hüquq tələbələri ilə Azərbaycanda təhsil alan tələbələr arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi , Avropada praktika imkanlarının genişləndirilməsi, hüquq sahəsində eynilə də beynəlxalq hüquqda yeni islahatlarla bağlı hüquq tələbələrinin məlumatlandırılması və ən əsası ölkəmizdə ilk dəfə olaraq tələbələrarasında keçiriləcək “Səhnələşdirilmiş Məhkəmə Prosesi “ ( “Moot Court Competition”) yarışmasının təşkili və gedişatı qaydalarını müzakirə etmək.

Irakli Samxaradze ölkəmizdə qonaq olduğu müddət ərzində şəhərimizin tarixi və gözəl guşələri ilə də tanış oldu.

OXŞAR XƏBƏRLƏR