"Azərbaycanın İrandakı səfirinə bildirilib ki, səfir Məhəmməd Bağır Bəhrami sadəcə məsləhətləşmələrlə bağlı çağırılıb". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. XİN rəsmisi İran kütləvi informasiya vasitələrinin bunun hər hansı bir məsələyə reaksiya olduğunu bildirilər. "Burada qeyri müəyyənlik var. Təssüf ki, İranda da çaşqınlıq var". AZXEBER.COM-un məlumatına görə, o, qeyd edib ki, Azərbaycan dünyəvi bir ölkədir və öz potensialını qaldırır. Bu İranda qıcqanqclıq yaradır. Azərbaycan "Eurovision" tədbirini keçirir və beynəlxalq musiqi müsabiqəsi ilə bağlı İrandan Bakıaya çox turist gəlir. E.Abdullayev Azərbaycana çox sayda turistin gəlməsininb bir çoxlarında qısqanclıq yaratdığını deyib. "Bununla bağlı İranda bəzi qüvvələr bunu həzm edə bilmir. Azərbaycan heç kimə daxili işlərinə mane olmaga icazə verməyəcək". XİN rəsmisi İranın müqəddəslərin təhqir olunması barədə fikirlərinədə toxunub. "Təhqir olunan Azərbaycanın işğal altında olan məbədləridir. Amma bununla bağlı heç bir reaksiya verilmir. 1 milyondan atıq qaçqına, Xocalıya heç bir reaksiya verilmir".