İran ABŞ-a bu şərtləri qoydu - Əks halda yenidən müharibə olacaq

İran ABŞ-a bu şərtləri qoydu - Əks halda yenidən müharibə olacaq
DÜNYA
00:06 11.05.2026
749
İran mediası Tehranın Vaşinqtonun təklifinə verdiyi cavabın təfərrüatlarını yayımayıb.

AZXEBER.COM "Azad İran”a istinadən xəbər verir ki, Tasnim xəbər agentliyi məsələ ilə bağlı məlumatlı mənbəyə istinadən xəbər verir ki, İranın əks təklifində ABŞ sanksiyalarının qaldırılmasının, bütün cəbhələrdə müharibənin dayandırılmasının və Amerika tərəfinin müəyyən öhdəliklərini yerinə yetirərkən Hörmüz boğazının İran tərəfinə nəzarətin vacibliyi vurğulanır.

Digər əsas şərt ilkin razılaşmanın imzalanmasından sonra dəniz blokadasının dərhal qaldırılmasıdır. Bundan əlavə, mənbənin məlumatına görə, Tehran neft satışına qoyulan sanksiyaların 30 gün ərzində ləğv edilməsini tələb edir.

"İranın dondurulmuş aktivlərinin ilkin razılaşmanın imzalanması ilə sərbəst buraxılması, eləcə də ABŞ-nin bu 30 gün ərzində müəyyən tədbirlər görməsi də İranın təklifinin mətnində yer alıb", - deyə Tasnim qeyd edir.
OXŞAR XƏBƏRLƏR