İran Ordusunun Baş Komandanı, general-mayor Əmir Hatəmi ABŞ-ın İrana qarşı quru əməliyyatına başlama ehtimalını şərh edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsfahan əyalətində hərbi birliklərə səfəri zamanı danışan Hatəmi bildirib ki, ABŞ İrana qarşı əlindəki bütün imkanlardan istifadə etsə də, uğursuzluğa düçar olub.
"ABŞ-ın çirkli ayağı İrana çatarsa, əlimizdə olan hər şeylə onlarla döyüşəcəyik”, – deyə o bildirib.
Hatəmi ABŞ qüvvələrinin İsfahan şəhərində İran ərazisinə daxil olmağa cəhd etdiyini, lakin İran xalqının qətiyyətli mövqeyi ilə qarşılaşdığını iddia edib.
O, həmçinin ABŞ-ın İranla imzaladığı anlaşma memorandumuna əməl etməyəcəyini ehtimal etdiklərini və bu səbəbdən hərbi imkanların artırılması istiqamətində işlər gördüklərini bildirib.











































