İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama

İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
SİYASƏT
14:48 03.03.2026
1292
"İran Ali lideri Əli Xameneinin öldürülməsinə cavab xarakterli əməliyyatlar həyata keçirmədən müharibəni dayandırmayacaq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.

O qeyd edib ki, növbəti mərhələdə hərbi əməliyyatların davam etməsi ehtimalı yüksək qiymətləndirilir:

"İsrailin hücumlarının davamı fonunda ABŞ-nin də İrana qarşı hərbi əməliyyatlara qoşulması, eləcə də İranın Ali dini liderinin öldürülməsi ilə nəticələnən əməliyyatlar və Tehranın cavab addımları bir daha göstərdi ki, iki dövlət arasındakı münasibətlər kifayət qədər dərin ziddiyyətlərə əsaslanır. Gərginliyin pik həddə çatmasının və qarşıdurmanın qarşısının alınmasının mümkün olmaması vəziyyəti daha da mürəkkəbləşdirib. Növbəti mərhələdə də bir neçə gün ərzində hərbi əməliyyatların davam etməsi ehtimalı yüksək qiymətləndirilir. Çünki İran Ali dini liderin öldürülməsinə cavab xarakterli əməliyyatlar həyata keçirmədən müharibəni dayandırmayacaq”.

Politoloq bildirib ki, İran rəsmilərinin çıxışları da daha çox qisas yönümlüdür:

"Mediada yayılan məlumatlar göstərir ki, danışıqların davam etdirilməsi istiqamətində həm ABŞ, həm də İran tərəfindən müxtəlif dövrlərdə təşəbbüslər səsləndirilsə də, hazırkı mərhələdə nüvə proqramı ilə bağlı maksimalist tələblər qəbul olunmadığı təqdirdə hər hansı danışığın nəticə verəcəyi inandırıcı görünmür. İran rəsmilərinin çıxışları da daha çox qisas yönümlüdür və konstruktiv yanaşma müşahidə edilmir”.

O söyləyib ki, hazırda İranda vəziyyət kifayət qədər böhranlıdır:

"Hazırda İranda vəziyyət kifayət qədər böhranlıdır. Ali dini liderin öldürülməsi idarəetmə sistemində ciddi boşluq yarada bilər. Eyni zamanda, İranın həyata keçirdiyi hərbi əməliyyatların sistemsiz xarakter daşıması ölkənin belə genişmiqyaslı müharibəyə tam hazır olmadığını göstərir. Növbəti mərhələdə müdafiə mexanizmlərinin ölkə ərazisinin təhlükəsizliyini tam təmin edə bilməməsi ehtimalı da istisna edilmir”.

A.Qurbanova deyib ki, müharibədən region ölkələri ciddi zərər görə bilərlər:

"Proseslərin ən bədbin ssenari üzrə inkişaf etməsi həm region dövlətlərinə, həm də Azərbaycana ciddi təsir göstərə bilər. İrandaxili qarşıdurmalar, xaos və anarxiya miqrasiya və qaçqın böhranı baxımından qonşu ölkələrə təsirsiz ötüşməyəcək. Regionda baş verən istənilən hadisə Azərbaycan da daxil olmaqla bütün dövlətlər üçün ciddi narahatlıq doğuran əsas məqamlardandır. Ümid edilir ki, yaxın günlərdə ən azı atəşkəsin əldə olunması ilə bağlı tərəflər arasında razılıq mümkün olacaq. Əks halda, müharibənin miqyasının daha da genişlənməsi və Yaxın Şərqdə nəzarətdən çıxan münaqişə ocağının yaranması ilə bağlı bədbin ssenarilər özünü doğrulda bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
14:38 28.07.2026
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
14:35 28.07.2026
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
14:31 28.07.2026
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
14:18 28.07.2026
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir