'İran Azərbaycandan üzr istəməlidir' - Xarici İşlər Nazirliyi

Bütün Xəbərlər
20:04 24.05.2012
1564
Elman Abdullayev: “İran ölkə rəsmilərinin Azərbaycanla bağlı çıxışlarına görə üzr istəməlidir”İran ölkə rəsmilərinin Azərbaycanla bağlı çıxışlarına görə üzr istəməlidir. Belə bir bəyanatla Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev çıxış edib. Jurnalistlərin suallarını cavablandıran diplomat həmçinin İran tərəfinin Azərbaycanın Tehrandakı səfirinə nota verməsi barədə məlumatı təkzib edib. Onun sözlərinə görə, səfirimiz İran XİN-ə dəvət olunsa da, ona hər hansı nota verilməyib.E.Abdullayev onu da bildirib ki, rəsmi Bakı Tehrandan Azərbaycanın İrandakı diplomatik missiyaları qarşısında anti-Azərbaycan xarakterli aksiyaların qarşısının alınmasını tələb edib.
OXŞAR XƏBƏRLƏR