İran Bəhreynə qarşı həftələr sonra ilk birbaşa hücumunu həyata keçirib. İran İnqilab Keşikçiləri Korpusu "Riffa” helikopter bazasının altı pilotsuz uçuş aparatı ilə hədəf alındığını açıqlayıb.
İran hücumun ABŞ ordusunun hərəkətlərinə cavab olduğunu bildirib. Bəhreyn hakimiyyəti isə hücumların qarşısının alındığını və pilotsuz aparatların məhv edildiyini açıqlayıb. İran tərəfi isə hədəflərin vurulduğunu iddia edib.
Hörmüz boğazında da gərginlik davam edir. İran dövlət televiziyasının məlumatına görə, boğazda icazəsiz marşrutdan istifadə edən iki neft tankeri dəniz minalarına toxunub. Tankerlərdən birinin 2 milyon bareldən çox neft daşıdığı bildirilir. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları qurumu isə Fars körfəzində bir tankerə hücum edildiyi barədə məlumat yayıb. Gəminin heyətinin təhlükəsiz olduğu açıqlanıb.
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf isə ABŞ Tehranın şərtlərini qəbul edərsə, münaqişəyə son qoymağın mümkün olduğunu bildirib.
///Bakupost











































