İran hakimiyyətindən işgəncə etirafı

DÜNYA
09:37 04.12.2012
1252
Ölkənin baş prokuroru bloqçunun döyülərək, öldürüldüyünü boynuna alıbİranın baş prokuroru həbsxanada bloqçunun, müxalifət təmsilçisi Səttar Behiştinin döyülərək öldürüldüyünü etiraf edib.O, araşdırmalar nəticəsində bloqçunun həbs olunduğu ilk gündən döyüldüyünü söyləyib.Bununla belə prokuror əmindir ki, S.Behiştinin ölümünə səbəb yalnız döyülmək deyil, həm də fiziki və psixoloji təzyiqlərdən yaranan şokdur.Xatırladaq ki, o, bu il oktyabrın 30-da «kiber cinayət törətməkdə» ittiham olunurdu. Noyabrın 3-də isə bloqçu həbsxanada keçinib. Onun ölümü uyğun sahənin polis rəisinin istefası ilə nəticələnib.Yerli müşahidəçilər baş verən olaya münasibət bildirərkən, bu İran hakimiyyətinin etiraf etdiyi ilk olaylardandır. Çünki İslam Respublikasının təcridxanalarında işgəncə verilmədən ifadə alınmır. Özəlliklə bu sayaq siyasi motivlərlə həbs olunanlar bir qayda olaraq, mütləq işgəncəyə məruz qalırlar.

OXŞAR XƏBƏRLƏR