İran hava məkanına daxil olan kəşfiyyat PUA-sını vurduğunu açıqlayıb

İran hava məkanına daxil olan kəşfiyyat PUA-sını vurduğunu açıqlayıb
DÜNYA
12:37 22.11.2026
68
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin hava məkanına daxil olan kəşfiyyat pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

Bildirilib ki, SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələri yeni hava hücumundan müdafiə sistemindən istifadə edərək PUA-nı aşkar edib və məhv edib.

Məlumata görə, pilotsuz uçuş aparatı İranın hava məkanını pozduqdan sonra Fars körfəzinin şimalında, Buşehr əyalətinin sahilləri yaxınlığında vurulub.

SEPAH İranın hava məkanının pozulmasına yol verilməyəcəyini bəyan edib və bu cür hallara qarşı cavab tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edib.

PUA-nın hansı ölkəyə məxsus olduğu və modeli barədə məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR