İran: Hörmüz boğazında 3 neft tankerinin minaya düşüb

İran: Hörmüz boğazında 3 neft tankerinin minaya düşüb
DÜNYA
14:06 29.10.2026
212
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının cənubunda 3 neft tankerinin dəniz minalarına çırpıldığını, partlayış və yanğın baş verdiyini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qurumun yaydığı yazılı bəyanata əsasən, son 24 saat ərzində İranın qadağan etdiyini bildirdiyi marşrutdan istifadə etməyə çalışan üç neft tankerində insident baş verib.

Bəyanatda iddia olunur ki, tankerlər radar və naviqasiya sistemlərini söndürüb, İnqilab Keşikçiləri Korpusunun xəbərdarlıqlarına məhəl qoymadan Hörmüz boğazının cənubundakı icazəsiz marşrutla hərəkət etməyə çalışıblar.

İran tərəfi həmin marşrutun dəniz minaları ilə bağlandığını bildirərək gəmi sahiblərini və ekipajları mümkün nəticələrə görə məsuliyyət daşıyacaqları barədə xəbərdar edib. Həmçinin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamalarına etibar edilməməsi çağırışı edilib.

Bəyanatda vurğulanıb ki, Hörmüz boğazında müəyyən edilmiş qaydaları pozan və ABŞ ordusunun dəstəyi ilə həyata keçirilən hər hansı təxribat xarakterli təşəbbüsə qətiyyətlə cavab veriləcək.

Qeyd edək ki, tankerlərlə bağlı məlumat İran tərəfinin açıqlamasına əsaslanır. Hadisə barədə müstəqil təsdiq təqdim edilməyib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR