İran Kanadanın milyard dollarlıq istəyini rədd etdi

DÜNYA
20:58 11.02.2020
7166

Tehran yaxınlığında vurulan Ukrayna təyyarəsinə görə Kanadanın bir milyard dollarlıq iddiasının heç bir əsası yoxdur.

Bu barədə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.

O əlavə edib ki, İran beynəlxalq qaydalar əsasında lazımi tədbirləri görür.

Daha əvvəl məlum olmuşdu ki, Kanadada hüquqşünaslar Tehranda vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə ilə bağlı İran hökumətindən 1.5 milyard Kanada dolları (təxminən, 1.95 milyard AZN) ödəməyi tələb edib.

Əsas iddiaçının adı açıqlanmayıb. Hüquqşünasların sözlərinə görə, onun ailəsi İrandadır və hökumət tərəfindən təqib oluna bilər. Məhkəmədə cavabdeh tərəflər İran hökuməti, İranın Ali dini lideri Ayətullah Əli Xameneyi, habelə İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandirləridir.

Xatırladaq ki, yanvarın 8-də MAU aviaşirkətinə məxsus "Boeing 737-800” təyyarəsi Tehran yaxınlığında vurulub. Hadisə vaxtı 176 nəfər həlak olub. Onlardan 63-ü Kanada vətəndaşı olub. İran tərəfi təyyarəni səhvən vurduğunu etiraf edib.

oxu.az


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:05 01.10.2020

Ermənilərin daha bir texnikası ələ keçirildi - FOTO

12:00 01.10.2020

Füzuli istiqamətində düşmən texnikasi ələ keçirildi

11:56 01.10.2020

Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir - RƏSMİ

11:38 01.10.2020

Azərbaycan Beynəlxalq Bankından onlayn köçürmə ilə ordumuza dəstək imkanı

11:21 01.10.2020

Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyur

11:15 01.10.2020

Ordumuz Qarabağda erməni birləşmələrini necə əzir? - Sabiq korpus komandiri açıqladı

11:07 01.10.2020

Düşmənin artilleriya qurğularının məhv edilməsinin - Videosu

10:57 01.10.2020

Azərbaycan PUA-ları Xankəndinin kabusu oldu

10:36 01.10.2020

Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı istifadəyə verildi

10:34 01.10.2020

Xanlar Vəliyev: “Fərarilik cinayətlərinin kökü kəsilib”

10:30 01.10.2020

Polşalı deputat: "Qarabağla bağlı beynəlxalq hüququn tələbləri yerinə yetirilməlidir"

10:29 01.10.2020

Hərbi prokuror: “Ötən illə müqayisədə qeyri-hərbi cinayətlər xeyli azalıb”

10:27 01.10.2020

Baş Prokurorluq: Ermənistanın təxribatı nəticəsində mülki əhalidən 55 nəfər yaralanıb, 16 nəfər həlak olub

10:24 01.10.2020

27 il dalana dirənən danışıqların finalı: düşmən indi ağalarına yalvarır...

10:14 01.10.2020

Ermənilərin atdığı mərmi Tərtər avtovağzalına düşdü - bir mülki şəxs həlak oldu

10:06 01.10.2020

Xarici jurnalistlər, ictimai-siyasi xadimlər Azərbaycana dəstək olublar

X Mostbet