İran mediası Azərbaycanın Qarabağ zəfərindən yazıb - FOTO

GƏNCLİK
21:50 08.12.2020
1107
İran mediası Azərbaycanın Böyük Vətən Müharibəsində əldə etdiyi böyük hərbi və diplomatik zəfərdən yazıb. İslam Respublikasının ANAJ və AranNews İnformasiya Agentlikləri mövzu ilə bağlı "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının məqaləsini dərc edib. Məqalədə qeyd olunur ki, Azərbaycanın Laçın şəhərinin də Ermənistanın uzun illərdir davam edən işğalından qurtulması ilə ölkəmiz 30 ildən sonra yenidən özünün ərazi bütövlüyünü təmin etdi.

Bildirilir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çox qısa müddət ərzində Azərbaycan Silahı Qüvvələri bütün dünyanı heyrətə gətirəcək böyük uğurlar əldə edərək, ölkəmizin tarixi torpaqlarını geri qaytardı.

Milli Ordumuzun uğurlu hərbi əməliyyatlarından sonra bütün gücünü itirən Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və bir sıra torpaqlarımız silah işlənmədən geri qaytarıldı.

F.Şahbazlı məqaləsində qeyd edib ki, Qarabağda erməni işğalının başa çatması regionda uzunmüddətli sülh və təhlükəsizliyə böyük töhfə verəcək:

"Azad olunmuş torpaqlarda müasir layihələrlə həyat yenidən canlanacaq, tarixi abidələr bərpa ediləcək. Bu tarixi qayıdış və geniş quruculuq işləri Azərbaycanın gələcək inkişafına öz mühüm töhfəsini verəcək. Azərbaycanda mövcud olan milli birlik sayəsində Azərbaycan hələ çox qələbələrə imza atacaq. Bu, özünü hərbi, diplomatik, iqtisadi və digər müstəvilərdə göstərəcək”.

F.Şahbazlı məqaləsində müharibə dövründə qonşu İranın siyasi mövqeyinə də münasibət bildirib: "Müharibə dövründə dost, qonşu və strateji tərəfdaş ölkəmiz olan İranın tutduğu ədalətli mövqe, Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq hüquqa göstərdiyi prinspial hörmət Azərbaycan xalqı və dövləti tərəfindən böyük diqqət və təqdirlə qarşılandı. Prezident İlham Əliyev öz çıxışlarında buna bir neçə dəfə diqqət çəkərək, yüksək qiymətləndirdi”.
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir