İran okean gəmilərinin istehsalına başlayıb. Trend-in İRNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ilk okean gəmisinin tikintisi bir ay əvvəl başlayıb. Hazırda gəmi 30 faiz hazırdır. Gəminin tikintisi 2013-cü ilin əvvəlinə kimi başa çatdırılacaq. Gəminin tikintisinə 100 milyon dolar məbləğində vəsait ayırılıb. Cəmi beş dənə okean gəmisinin tikintisi planlaşdırılır.