Hörmüz boğazının giriş və çıxış marşrutlarının əhəmiyyətli hissəsi İranın nəzarətində olacaq.
Bu barədə İran parlamentinin sədr müavini Əli Nikzad ISNA-ya müsahibəsində bildirib.
Omanla əldə olunan razılaşmaya toxunan Nikzad deyib ki, bu məsələdə artıq razılığa gəlinib.
O qeyd edib ki, hətta Oman Sultanı da bu razılaşmanı qəbul edib.











































