xari

İran Prezidenti Rusiya ilə viza rejiminin ləğv olunması fikrini dəstəkləyir

SİYASƏT
12:29 15.11.2016
1078
İran Prezidenti Həsən Ruhani Rusiya ilə viza rejiminin ləğv olunması fikrini dəstəkləyib.
 
AZXEBER.COM-un Trend-ə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko İran Prezidenti ilə görüşdən sonra deyib. V.Matviyenko H.Ruhanidən sitat gətirərək bildirib: "Artıq ilk addım atılıb, hər iki tərəfdən turistlərin sayı artıb. Biz bu rejimin daha da sadələşdirilməsinə, mərhələli şəkildə vizasız rejimə keçməyə hazırıq". Ötən gün V.Matviyenko bu barədə iki ölkənin konsul xidmətləri arasında məsləhətşəmələrin davam etdiyini demişdi.
 
Xatırladaq ki, 2015-ci ildə Rusiya və İran arasında viza rejiminin sadələşdirilməsi haqqında razılıq əldə olunmuşdu.

OXŞAR XƏBƏRLƏR