“İran Qarabağ müharibəsində Azərbaycana dəstək olanlara qamçı cəzası verir”

SOSİAL
16:47 14.10.2021
265
Azərbaycanda fəaliyyət göstərən insan hüquqları üzrə Birgə İşçi Qrupuna daxil olan bir qrup hüquq müdafiəçisi İran İslam Respublikasında son vaxtlarda fəalların həbs olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə və "Amnesty İnternational” təşkilatına müraciət edib.
 
Söhbət İkinci Qarabağ müharibəsi zamanı Cənubi Azərbaycan şəhərlərində - Təbrizdə və Ərdəbildə Azərbaycan Respublikasına dəstək aksiyalarında iştiraklarına görə həbsxanalarda saxlanılan fəallardan gedir. Onların günahı odur ki, Azərbaycana dəstək veriblər və buna görə İran polisi onları həbs edib. Fəalları həbs etməklə yanaşı onlara qarşı orta əsrlərdə olduğu kimi qamçı cəzası hökmü də çıxarıblar. Azad olunanlar isə müxtəlif cərimələr ödəmək məcburiyyətində qalıblar.

Azərbaycanın hüquq müdafiəçiləri, İran İslam Respublikasında son aksiyalar zamanı fəallara qarşı təhlükəsizlik qüvvələri tərəfindən fiziki zor və işgəncələrin tətbiq edilməsi, onlara qarşı qeyri-insani tərzdə davranması və həbs edilməsini insan hüquqlarının pozulması kimi qəti pisləyərək ciddi narazılığımızı bildirir, onların dərhal azadlığa buraxılmasını tələb edir.

Böyük ehtimalla bu müraciət rəsmi Bakının təşəbbüsü ilə hazırlanıb. Doğru strategiyadır. Rəsmi Bakı Tehranla münasibətlərdə problem istəmirdi və İranın daxili işlərinə qarışmırdı. Ancaq İranın yeni hakimiyyətinin Azərbaycanın daxili işlərinə kobud müdaxilələri və Azərbaycana qarşı irəli sürdüyü saxta ittihamlar, o cümlədən "Azərbaycanda beynəlxalq terrorçuların varlığı” haqqındakı ittihamları rəsmi Bakını hərəkətə keçirdib.
 
Tehranın saxta ittihamları qarşısında Bakı İranda Azərbaycanla bağlı dəstək aksiyaların iştirak edən fəalların azad olunmasını tələb edir. Rəsmi Bakı bununla ilk dəfədir ki, İranda siyasi məhbusların olduğunu beynəlxalq təşkilatlara bildirir. Bu hələ son deyil...

Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:59 28.11.2021

"Azərbaycan rus dilində təhsilə görə MDB-də ilk sıralarda yer tutur" - Deputat

15:49 28.11.2021

Saatlıda bir sıra obyektlərdə karantin qaydalarının pozulması aşkarlandı

15:37 28.11.2021

Zərrin Özər intihara cəhd etdi

15:23 28.11.2021

Rusiyada "omikron" ştamına yoluxma halları aşkarlandı

14:58 28.11.2021

İsveçrə Avropanın bir neçə ölkəsindən girişi məhdudlaşdırdı

14:31 28.11.2021

İran prezidenti Ərdoğanla görüşdü: Regionda təhlükəsizliyi qoruya bilərik

14:10 28.11.2021

Daxili Qoşunların iki hərbi qulluqçusu minaya düşdü

14:01 28.11.2021

Daha bir ölkədə yeni ştamla bağlı karantin qaydaları sərtləşdirildi

13:36 28.11.2021

Qara və boz paltarlar sağlamlıq üçün təhlükəlidir: XƏBƏRDARLIQ

13:18 28.11.2021

İlham Əliyev: "Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib"

13:09 28.11.2021

Ərdoğan: "Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir"

13:04 28.11.2021

Dövlət başçısı: "Əminəm ki, İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən istifadə edəcəklər"

12:59 28.11.2021

Təhlükəli “Omikron” ştammı yayılır: Azərbaycan bundan qorunmaq üçün nə etməlidir? - AÇIQLAMA

12:52 28.11.2021

"Azərbaycanın xarici borcunu 2030-cu ilin sonuna qədər endirməyi planlaşdırırıq"

12:46 28.11.2021

"İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır"

12:13 28.11.2021

Dünyada pandemiya ilə bağlı vəziyyət gündən-günə ağırlaşır