İranın şimal-şərqindəki Gülüstan vilayətində daşqın baş verib.
Bu barədə "Fars" agentliyi xəbər verir.
Gülüstan Tibb Elmləri Universitetinin məlumatına görə, Minudəşt də daxil olmaqla, bəzi şəhərlərdə baş vermiş sel hadisəsi indiyədək bir nəfərin ölümü, iki nəfərin isə itkin düşməsi ilə nəticələnib.
Sel və daşqınlar nəticəsində Minudəştin üç kəndi ilə əlaqə tamamilə kəsilib.
///report///











































