İranda "Mossad"la əməkaşlıqda şübhəli bilinən onlarla şəxs saxlanılıb
DÜNYA
05:23 07.08.2026
280
İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) İsrailin xarici kəşfiyyat xidməti - "Mossad"la əlaqədə olmaqda şübhəli bilinən şəxslərin saxlanıldığını bəyan edib. AZXEBER.COM bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, Kerman əyalətində 21 nəfər müəyyən edilərək həbs olunub. Onlar gizli və strateji əhəmiyyət daşıyan hərbi obyektlər barədə məlumat toplamaq və həmin məlumatları "Mossad"a ötürməkdə ittiham edilirlər.
Bundan əlavə, sözügedən əyalətdə silahlı qruplarla əlaqədə olmaqda günahlandırılan daha dörd nəfərin də saxlanıldığı açıqlanıb.