İranda müxalifət nümayəndəsi edam olundu

MAQAZİN
17:53 05.08.2020
857
2017-ci ildə İranda müxalifətin keçirdiyi etiraz aksiyalarında iştirak etmiş Mustafa Salehi barəsində çıxarılan edam hökmü icra olunub.

O, İran İnqilab Keşikçiləri Qvardiyasının hərbçisi Səccad Şah-Sanainin qətlində təqsirli bilinib.

Güllələnərək qətlə yetirilən hərbçinin valideynləri M.Salehinin edamını israrla tələb ediblər.

İslam Respublikasındakı mövcud şəriət qaydalarına əsasən, yaxın qohumları belə halda cəzanı sərtləşdirə, yaxud da yumşalda bilərlər.

Qeyd edək ki, iyunun sonunda isə İranda müxalifətdə ola "AmadNews” xəbərlər sayt və teleqram-kanalının redaktoru, Fransada yaşayan Ruhullah Zam barəsində də ölüm hökmü çıxarılıb. Hakimiyyət onu 2017-ci ildə İranı bürümüş müxalifətin kütləvi etiraz aksiyalarının təşkilatçılarından sayır. O, 2019-cu ilin oktyabrında həbs edilib.

Başqa bir məlumata əsasən, bir neçə ay əvvəl "Radio Pars” radiostansiyasının redaktoru Ran İmrani İraqdan qaçırılıb. Ona İranda hakimiyyət nümayəndələrindən biri ilə görüşdürəcəklərini vəd verib naməlum istiqamətdə aparıblar.
 
///Report

OXŞAR XƏBƏRLƏR

X Mostbet