İranda qadınlara daha bir qadağa qoyuldu

DÜNYA
17:11 15.10.2021
557
İran Radio və Televiziya Qurumu qadınların televiziyada pizza yeyərək qırmızı rəngli içkilərlə şəkil çəkdirməsini qadağan edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qadağa qadın hüquq müdafiəçiləri tərəfindən tənqid edilib.

Bundan əlavə, televiziyada artıq qırmızı rəngli içkilərdən istifadə edilməyəcək.

İranda dəri əlcək taxan, sendviç yeyən və ya qırmızı içkilər içən qızların videolarını göstərməyi dayandırmaq da tövsiyə olunub. Televiziya şoularında qadınlara çay süfrəsi açan kişilərin görüntüləri də qadağan edilmiş məzmun daxilində olacaq.

Qeyd edək ki, IRIB səlahiyyətliləri xoşagəlməz məzmunu süzmək üçün ev şəraitində qadın və kişilərin videolarını izləyəcək, axın platformaları isə məzmunu özləri senzura edəcəklər.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR