İrandan ərəb ölkəsinə xəbərdarlıq: Məhv olacaqsınız!

İrandan ərəb ölkəsinə xəbərdarlıq: Məhv olacaqsınız!
DÜNYA
03:18 18.11.2026
72
Bəhreyndə Əl-Xəlifə sülaləsinin hərəkətləri yeni regional təhlükəsizlik qaydasında onların hakimiyyətinə xələl gətirə bilər.

Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü briqada generalı Hüseyn Mohebbi deyib.

Mohebbi Bəhreyn hökumətinin üç səhvini qeyd edib:

"İrana müdaxiləni asanlaşdırmaq, ABŞ təhlükəsizlik sistemindən asılılığı qorumaq və şiə ruhanilərinin nüfuzunu sarsıtmaq..."

O həmçinin bildirib ki, əgər bu hərəkətlər davam edərsə, yeni regional təhlükəsizlik qaydasında Əl-Xəlifə rejiminin yaşaması təhlükə altında olacaq.

Qeyd edək ki, ötən gün Bəhreyn məhkəməsi İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələrdə ittiham olunan və aralarında şiə din xadimlərinin də olduğu 59 nəfəri ömürlük, 5 nəfəri isə 15 il azadlıqdan məhrum edib.

///axar.az
OXŞAR XƏBƏRLƏR