İranın yeni prezidenti nüvə proqramından danışdı

İranın yeni prezidenti nüvə proqramından danışdı
SİYASƏT
18:31 21.06.2021
522
"İranın xarici siyasəti 2015-ci il nüvə razılaşması ilə məhdudlaşmayacaq”.

Bunu İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisi bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

"Xarici siyasətimiz nüvə sazişi ilə məhdudlaşmayacaq. Dünya ilə qarşılıqlı əlaqəmiz olacaq”, - Rəisi prezident seçkilərindən sonra mətbuat üçün ilk açıqlamasında bildirib.

"Biz İran xalqının maraqlarını nüvə anlaşmasına bağlamayacağıq”, - o daha sonra əlavə edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR