İraq sahillərində yük gəmisi hücuma məruz qalıb

İraq sahillərində yük gəmisi hücuma məruz qalıb
DÜNYA
18:24 09.09.2026
86
Fars körfəzində, İraqın Əl-Fau rayonundan cənub-şərqdə yük gəmisi naməlum mərmi ilə vurulub.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) "X" sosial şəbəkəsində məlumat yayıb.

Gəmi heyətinin həyatı üçün təhlükə yoxdur. İnsident nəticəsində dəyən ekoloji zərər barədə hazırda heç bir məlumat daxil olmayıb.

Səlahiyyətlilər hadisəni araşdırdığı müddətdə gəmilərə bu ərazidən keçərkən ehtiyatlı olmaq tövsiyə edilir.
OXŞAR XƏBƏRLƏR