"İrəli" dünyaya "Azərbaycanı tanı" dedi

GƏNCLİK
01:36 07.10.2011
2957

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanı tanı” kitabı və www.discoverazerbaijan.az veb səhifəsinin təqdimatı keçirilib.

Tədbiri giriş nitqi ilə açan ictimai birliyin sədri, Milli Məclisin üzvü Ceyhun Osmanlı deyib ki, Azərbaycan ərazisində dövlətlər olsa da, bunları dünyaya tanıtmaq mümkün olmayıb: “Bu gün Azərbaycan irsi bütün dünyada öz adı ilə tanınır. Bizə isə müstəqil dövlətimizi daha yaxından tanıtmaq vəzifəsi qalır. Təqdimatına toplaşdığımız kitab və internet səhifəsi Azərbaycanı tanıtmaq üçün yaxşı resursdur”. C. Osmanlı kitabın son iki il yarım ərzində hazırlandığını söyləyib.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, “İrəli” İctimai Birliyi ölkədə uğurla fəaliyyət göstərən təşkilatlardan biridir: “Ölkəmiz müstəqilliyinin bərpasının 20 illiyi ərəfəsindədir. Bu, çox uğurlu layihədir. Kitab yeddi illik əməyin uğurlu sonluğudur”.Nazir təklif edib ki, kitab dünyanın bir çox dilinə tərcümə edilərək dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar arasında yayılsın. Milli Məclisin deputatı Elton Məmmədov kitabı müstəqilliyimizin bərpasının 20 illiyinə hədiyyə kimi dəyərləndirib: “Bu kitab Azərbaycanı tanıtmaq baxımından uğurlu nəşrdir, illərin əməyidir. Kitabın zənginliyi redaksiya heyətinin əməyindən xəbər verir”. Azərbaycan Diplomatik Akademiyasının prorektoru Randal Beyker Azərbaycan haqda bilgiləri dünyaya yaymaq istiqamətində bir sıra işlər gördüklərini qeyd edib: “Bura diplomatlar üçün təlim kursları da daxildir. Xarici ölkə diplomatlarını və bu istiqamət üzrə təhsil alan şəxsləri Azərbaycana dəvət edərək, onları da Azərbaycan haqda məlumatlandırırıq”. R. Beyker nəşrin diplomatlar üçün uğurlu ədəbiyyat olduğunu vurğulayıb: “Bu baxımdan kitab bizim kitabxanada daim oxucuların istifadəsində olacaq”. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, layihənin sponsorları - ZQAN Holdinqin Direktorlar Şurasının sədri Anar Məmmədov və “Azercell” şirkətinin nümayəndəsi Ülviyyə Həsənzadə layihənin əhəmiyyətindən danışıblar. Sponsorlar onlarda maraq doğuran bu kimi layihələrə həmişə dəstək verməyə hazır olduqlarını açıqlayıblar. Sonda kitabın müəllifi Aynur Talıbova çıxış edib. O, kitabın hazırlanması prosesi haqda danışaraq bu hadisəni həyatının mühüm məqamlarından biri adlandırıb. 

OXŞAR XƏBƏRLƏR