İRƏLİ nümayəndələri Latviyada olublar - FOTOLAR

GƏNCLİK
14:20 12.09.2013
1739

İRƏLİ İctimai Birliyinin üzvləri sentyabrın 4-11-də Latviyada keçirilən "Volunteering-employment generator" gənclərin təcrübə mübadiləsi proqramında iştirak ediblər.

Birliyin mətbuat xidmətinin rəhbəri Nəzakət Əliyevanın AZXEBER.COM-a verdiyi məlumata görə, Hüseyn Məmmədov, Nərmin Balayeva, Səriyyə Abuzərli, Ülviyyə Qəhrəmanlı, Fuad Əliyev və komanda rəhbəri Kəmaləddin Nəzərli olmaqla 6 nəfərlik nümayəndə heyəti Azərbaycanı Latviyada təmsil edib. Ümumilikdə 5 ölkənin (Azərbaycan, Latviya, Xorvatiya, Makedoniya, Serbiya) iştirak etdiyi proqramda komandalar təlim, seminar və qrup işlərində iştirak ediblər. Eyni zamanda proqram çərçivəsində iştirakçıların Latviyanin Dauqavpils şəhər rəhbərliyi və rəsmilərlə görüşləri keçirilib.

Tədbir çərçivəsində hər bir ölkənin mədəniyyət gecəsi keçirilib və nümayəndə heyəti Azərbaycan gecəsi təşkil edib. Gecədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti təqdim olunub.

OXŞAR XƏBƏRLƏR