'İRƏLİ' növbəti əməkdaşlıq memorandumu imzalayıb

GƏNCLİK
17:45 27.08.2013
1709

“İRƏLİ” İctimai Birliyi beynəlxalq əməkdaşlığını genişləndirməkdə davam edir.

24 avqust tarixində ABŞ-ın “Young Global Lidership Foundation”"İRƏLİ" İctimai Birliyiarasında əməkdaşlıq memorandumu imzalanıb. “İRƏLİ” Gənclik mərkəzində baş tutan imzalama mərasimindən əvvəl gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

“Young Global Lidership Foundation” təşkilatının Azərbaycanlı nümayəndəsiGünel Əlizadə2014-cü ilin yanvarında New Yorkda baş tutacaq “Annual Colloquium”a “İRƏLİ” nümayəndələrini dəvət edib.

"İRƏLİ" İctimai Birliyinin sədriRauf Mərdiyevisə qeyd edib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin inkişafı üçün gözəl imkanlar yaradır.

Rauf Mərdiyev "Bu gün imzalayacağımız əməkdaşlıq sazişi gələcəkdə ortaq tədbirlərin həyata keçirilməsi üçün gözəl imkan yaradır" deyə vurğulayıb.

Çıxışlardan sonra tərəflər əməkdaşlıq memorandumuna imza atıblar və sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, “Young Global Lidership Foundation” təşkilatının 2014-cü ilin avqust ayında Bakıda keçirəcəyi BakıSimposiumunda “İRƏLİ” İctimai Birliyi tərəfdaş olaraq çıxış edəcək.

Xatırladaq ki, 2013-cü il ərzində"İRƏLİ" İctimai Birliyi tərəfindən imzalanmış 4-cü əməkdaşlıq memorandumudur."İRƏLİ" İctimai Birliyi bu ilin fevral ayında Ümumrusiya Gənclər İttifaqı, mart ayında İtaliyanın "Giovanni nel Mondo" təşkilatı, iyunda isə Ukrayna Gənclər Assambleyası ilə oxşar müqavilələr imzalayıb.

OXŞAR XƏBƏRLƏR