23-24 noyabr 2013-cü il tarixində Gəncə şəhərində Azərbaycan Gənclərinin I İnformasiya Kommunikasiya Texnologiyaları Forumu keçirilib.
Foruma “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyevdə qatılıb. “Gənclərin təşəbbüsləri və gənclər təşkilatları” mövzusunda baş tutan panelin qonağı olan Rauf Mərdiyev mövzu ilə bağlı çıxış edib və gənclərin suallarını cavablandırıb.
Həmçinin digər Qeyri Hökumət Təşkilatlarının nümayəndələri də panelin qonağı olub.
Forumun keçirilməsində məqsəd gənclərə informasiya texnologiyalarından faydalı istifadənin yollarını aşılamaqla regiondan olan gənclərin bu sahədə olan problemlərinin qismən aradan qaldırılmasına kömək etmək olub.
Eyni zamanda “İRƏLİ” sədri Gəncə şəhərində “İRƏLİ”çilərlə görüşüb və gənc fəallarla fikir mübadiləsi aparıb.
Qeyd edək ki, forum "Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.