‘İRƏLİ’ sədrliyinə namizədlər bəlli oldu

GƏNCLİK
11:36 23.04.2012
1734

Mayın 5-də “İRƏLİ” İctimai Birliyinin II Hesabat-Seçki Konfransı keçiriləcək.

“İRƏLİ” İctimai Birliyinin II Hesabat-Seçki Konfransının Təşkilat Komitəsinin sədri Hikmət İsmayılovun AZXEBER.COM-a verdiyi məlumata görə, konfrans Heydər Əliyev Sarayında 1900 nəfər nümayəndə, dövlət rəsmiləri və fəxri qonaqların iştirakı ilə baş tutacaq. Tədbir əsnasında təşkilatın fəaliyyət hesabatı konfrans iştirakçılarına çatdırılacaq. Eyni zamanda təşkilatın yeni loqotipi təqdim olunacaq, növbəti müddət üçün təşkilatın sədri və Nəzarət Təftiş Komissiyası üzvləri seçiləcək. Konfransla bağlı yaradılmış Təşkilat Komitəsi aprelin 16-dn etibarən “İRƏLİ” İctimai Birliyinin bütün struktur təmsilçilərinin (İdarə heyəti üzvləri, MTNK, katiblik, mərkəz və layihə rəhbərlərinin) buraxılması haqda qərar qəbul edib. Eyni zamanda aprelin 17-dən 21-dək “İRƏLİ” İctimai Birliyinin seçkili strukturlarına namizədliyini irəli sürmək istəyən şəxslərin ərizə qəbulu elan olunub. Daxil olan müraciətlər Konfransın Təşkilat Komitəsi tərəfindən nəzərdən keçirilib və “İRƏLİ” İctimai Birliyi sədrliyinə Rauf Mərdiyev və Nərmin Məmmədova, Mərkəzi Nəzarət-Təftiş Komissiyası üzvlüyünə isə Leyla Yolçiyeva, Orxan Əmrahov, Kövsər Orucova, Xəqani Fərəcov və Dünya Fərzəliyevanın namizədliyi qeydə alınıb. Seçkili strukturlara namizədliyi təsdiqlənmiş şəxslər 23 aprel tarixindən 3 may 2012-ci il tarixinə qədər təbliğat-təşviqat kampaniyası apara biləcəklər.

OXŞAR XƏBƏRLƏR