'İRƏLİ' təmsilçisi Fransada Gənc Liderlər üçün seminarda iştirak edəcək

GƏNCLİK
12:44 29.09.2012
1356
30 sentyabr – 12 oktyabr 2012-ci il tarixləri arası Fransanın Strasburq şəhərində Gənc Parlamentarilər və Gənc Liderlər üçün seminar keçiriləcək.Seminarda MBD ölkələri və Avropanın Gənclər Təşkilatlarının liderləri iştirak edəcəklər. Azərbaycanı seminarda “İRƏLİ” İctimai Birliyinin Nəzarət Komissiyasının sədri Xəqani Fərəcov təmsil edəcək.Seminar iştirakçıları AŞPA, Avropa Parlamenti, Beynəlxalq İnsan hüquqları hərəkatı tərəfindən təşkil olunacaq iclaslarda iştirak edəcək, özəl və dövlət qurumların nümayəndələri ilə görüşəcəklər.Seminar çərçivəsində hər bir ölkənin mədəniyyət günləri keçiriləcək və tarixi yerlərə ekskursiya təşkil olunacaq. Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd Avropa Şurasının Gənlər siyasəti, hüquq və parlament ənənəsi ilə tanışlıq, gənclərdə yeni bacarıqların, peşəkarlığın artırılması və ən asası gənclər arasında mübadilənin yaradılmasıdır.

OXŞAR XƏBƏRLƏR