“İRƏLİ” İctimai Birliyi dünyanın ən böyük ekoloji kampaniyası olan “Earth Day”-ə verdiyi töhfəyə görə “Earth Day Network” adından təşəkkürnamə ilə təltif olunmuşdur.
“Biz sizin dünyanın ən geniş miqyaslı ekoloji kampaniyasının “Yer Kürəsi Günü” və hər gün planetimizə və bütün insanlığa göstərdiyiniz xidməti qiymətləndirir və təşəkkürümüzü bildirərək ürəkdən alqışlayırıq” deyə “Earth Day Network”un prezidenti Ketlin Rocers qeyd etmişdir.
Birliyin mətbuat xidmətinin rəhbəri Nəzakət Əliyevanın AZXEBER.COM-a verdiyi məlumata görə, “İRƏLİ” İctimai Birliyi “Earth Day” kampaniyası çərçivəsində bir neçə yaşıllaşdırma aksiyalar, təqdimatlar həyata keçirmiş, müxtəlif ekoloji tədbirlərdə iştirak etmişdir.
“Yer Kürəsi Günü” (Earth Day) hal-hazırda dünyanın ən böyük ekoloji kampaniyalarından biri olmaqla, 150-dən artıq ölkədə, o cümlədən respublikamızda qeyd olunur. “İRƏLİ” İctimai Birliyi adı çəkilən kampaniyanın dünya üzrə koordinə edən şəbəkə - “Earth Day Network”un Azərbaycan üzrə ilk və rəsmi tərəfdaşıdır.