'İrəli'də İdman Mərkəzi yaradılır

GƏNCLİK
14:11 10.03.2012
1397
“İRƏLİ” İctimai Birliyi hər zaman gənclərin inkişafına və onların asudə vaxtlarının səmərəli keçirilməsinə yönələn layihələr həyata keçirir. Bu məqsədlə təşkilat daxilində müxtəlif mərkəz və klublar fəaliyyət göstərir.Birliyin mətbuat xidmətinin rəhbəri Vəfa Rüstəmovanın AZXEBER.COM-a verdiyi məlumata görə, 2012-ci ilin cənab Prezident tərəfindən “İdman ili” elan edilməsini, ölkəmizdə bu sahənin inkişafına dövlət qayğısınının artırılmasını, həmçinin gənclər arasında idmana olan marağı nəzərə alaraq, “İRƏLİ” İctimai Birliyi “İRƏLİ” İdman Mərkəzinin yaradılması qərarına gəlmişdir. İdman Mərkəzinin məqsədi idman sahəsinə marağı olan gənclərin bir araya gətirmək, onların fəaliyyətinə dəstək olmaq, bununla da, ölkə idmanının inkişafına töhfə verməkdir. Mərkəz daxilində bütün növ idman oyunlarına dəstək olunması və idmanla bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Xatırladaq ki, bir müddət öncə yaradılmış “Ekstrim” klub “İRƏLİ” İdman Mərkəzinin daxilində fəaliyyət göstərəcək.

OXŞAR XƏBƏRLƏR