'İrəli'yə qonaqlar gəlib - Latın Amerikasından

GƏNCLİK
11:05 28.11.2012
1378

27 noyabr tarixində Azərbaycanda səfərdə olan Latın Amerikasının dörd ölkəsindən (Kolumbiya, Kosta-Rika, Meksika və Panama) olan 43 nəfərdən ibarət nümayəndə heyəti “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olub.

Görüşdə “İRƏLİ” İctimai Birliyinin baş katibi Nərmin Məmmədova, “İRƏLİ” İdarə Heyətinin üzvləri, “İRƏLİ” İctimai Birliyinin İnsan Resursları üzrə meneceri Aydan Əliyeva, mərkəz və klub rəhbərləri iştirak ediblər.

“İRƏLİ” İctimai Birliyinin baş katibi Nərmin Məmmədova ilk olaraq qonaqları salamlayıb və heyəti “İRƏLİ”də görməkdən məmnun olduğunu bildirib. Daha sonra qonaqlar "İRƏLİ" Gənclik Mərkəzi ilə tanış olublar. Tanışlıqdan sonra “İRƏLİ” üzvü Arzu Məmmədova tərəfindən ispan dilində təşkilatın tarixi, strukturu, mərkəz və klubların fəaliyyəti, həyata keçirilən layihələr barədə geniş təqdimat göstərilib.

Görüşdə qeyd edilib ki, dövlət tərəfindən gənclərin inkişafına xüsusi diqqət ayrılır və hər zaman təşəbbüskar gənclər dəstəklənir. Eyni zamanda “İRƏLİ”nin beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına önəm verildiyi və gənclərin müxtəlif beynəlxalq tədbirlərdə iştirakının təmin edildiyi vurğulanıb.

Səmimi mühitdə davam edən görüşdə gələcəkdə birgə əməkdaşlıq çərçivəsində görüləcək layihələr müzakirə olunub.

Sonda qonaqları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR