"İsa Qəmbər meydana çıxanlara qrant gözü ilə baxırdı" - 15 il öncə bu gün yaşananlar

"İsa Qəmbər meydana çıxanlara qrant gözü ilə baxırdı" - 15 il öncə bu gün yaşananlar
SİYASƏT
14:02 16.10.2018
5618
İsa Qəmbər hər şeyi bilirdi, sadəcə ona yaxşı pul verirdilər”

2013-cü ilin 16 oktyabr hadisələrindən 15 il ötür. 15 il öncə paytaxtın mərkəzində qanunsuz aksiya keçirən prezidentliyə keçmiş namizəd İsa Qəmbərin tərəfdarları hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurmaya gedərək, müxtəlif təxribatlar törədib. Qanunsuz aksiyanın təşkilatçısı İsa Qəmbərin şəxsən qatılmadığı aksiya zamanı 1 nəfər ölüb, xeyli sayda insan yaralanıb. Onların arasında dinc sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları da olub.

AZXEBER.COM bu hadisələrin ildönümü ərəfəsində "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və politoloq Zərdüşt Əlizadəni danışdırıb.
 

 



Portalımıza açıqlamasında "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, o zamankı aksiya vahid mərkəzdən idarə olunub:

"Bilirsiniz ki, Azərbaycan regionda ən önəmli dövlətlərdən biridir. Bunu beynəlxalq miqyasda da etiraf edirlər. Bu səbəbdən ölkəmizi sevməyən qüvvələr vaxtaşırı olaraq daxildəki təxribatçıların əli ilə müxtəlif çirkin ssenarilər həyata keçirir, sabitliyi pozmağa çalışırlar. Bu müxtəlif dönəmlərdə olub. 1993, 1994, 1995 və 2003-cü illərdə baş verənlər bunun bariz nümunəsidir. Son dövrlər də belə cəhdlər olub. Heç şübhəsiz İsa Qəmbərin rəhbərliyi altında təxribatçı qruplar, onlardan bəziləri şirnikləndirici vədlər qarşılığında bu aksiyaya qatılmışdılar, ölkəmizdə daxili sabitliyi pozmağa cəhd etdilər. İsa Qəmbər bilirdi ki, o hakimiyyətə gələ bilməyəcək. Buna baxmayaraq, xaricdən daha artıq pul qoparmaq üçün öz tərəfdarlarından istifadə edirdi. Daha doğrusu onlara qrant gözü ilə baxırdı. O hadisələrin fəal iştirakçısı İqbal Ağazadə bu gün deyirsə ki, Arif Hacılı arvad paltarında pul daşıyırdı, bu artıq həmin hadisələrə güzgü kimi aydınlıq gətirir”.
 

 


Politoloq Zərdüşt Əlizadə də hesab edir ki, İsa Qəmbər qətiyyətsiz adamdır:

"O seçkiöncəsi müxtəlif yalançı vədlər verirdi. Adama sual verərlər ki, sən hakimiyyətdə olduğun illərdə nə iş görmüsən? Bir ili hakimiyyəti qoruya bilmədiniz. Təbii ki, onun bu vədinə aldananlar oldu. Hesab edirəm ki, İsa Qəmbər yekun nəticəni öncədən bilir və hesablayırdı. Görünür hansısa maraqlara görə, tərəfdarlarını meydana çağırdı. Özü isə gəlmədi, çünki qətiyyətsiz adamdır”.

Azər Niftiyev, 
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı dezinformasiya yayıb
13:30 14.10.2026
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı dezinformasiya yayıb
Bakıda 14 küçə və prospekt təmir ediləcək
13:29 14.10.2026
Bakıda 14 küçə və prospekt təmir ediləcək
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
13:27 14.10.2026
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
Sevgi etirafı, üzrxahlıq, bəd nəzər - Milli geyimimiz kəlağayının tarixi
13:20 14.10.2026
Sevgi etirafı, üzrxahlıq, bəd nəzər - Milli geyimimiz kəlağayının tarixi
Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama
13:12 14.10.2026
Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama
Sosial şəbəkələr iqtisadiyyata və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski
13:06 14.10.2026
Sosial şəbəkələr iqtisadiyyata və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski
Bərabər geyim, bərabər dəyər, ortaq gələcək - VİDEO
12:48 14.10.2026
Bərabər geyim, bərabər dəyər, ortaq gələcək - VİDEO
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
12:43 14.10.2026
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
12:33 14.10.2026
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
12:22 14.10.2026
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
12:10 14.10.2026
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
12:00 14.10.2026
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
11:55 14.10.2026
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
11:51 14.10.2026
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
11:39 14.10.2026
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi
11:33 14.10.2026
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi