İsa Qəmbərin evinə məhkəmə icraçıları gəldi - FOTO
Bütün Xəbərlər
12:18 19.02.2013
2287
Əvvəlcə 12 yanvar, daha sonra 26 yanvar aksiyalarında iştirak etdiyi üçün polis tərəfindən saxlanılan və məhkəməyə cəlb edilməklə cərimələnən Turqut Qəmbərin (Müsavat başqanı İsa Qəmbərin oğlu) yaşadığı evə məhkəmə icraçıları ilə gəlib. Onlar T.Qəmbərin cəriməni ödəməsini tələb edirlər. O, məhkəmənin qərarını ədalətsiz saydığından prosesi hüquqi müstəvidə davam etdirmək istəyərək, cəriməni ödəməkdən imtina edib.Musavat.com-un məlumatına görə, İsa Qəmbər məhkəmə icraçılarını kandarda qarşılayaraq bildirib ki, bu ev Turqut Qəmbərə yox, ona məxsusdur və oğlu ümumiyyətlə, bu evdə qeydiyyatda deyil. Məhkəmə icraçıları hələlik evə daxil olmayıblar.