İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə Bilik Günü qeyd edilir

İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə Bilik Günü qeyd edilir
SOSİAL
11:39 15.09.2026
147
İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə Bilik Günü qeyd edilir.

AZXEBER.COM xəbər verir ki, 15 sentyabr 2026-cı il tarixində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində ilk dəfə Bilik Günü qeyd olunur.

Yeni tədris ilinin ilk günündə aşağıdakı məktəblərdə ilk dəfə Bilik Günü keçirilir:

Ağdərə rayonu Aşağı Oratağ kənd tam orta məktəbi

Ağdam şəhər 1 nömrəli tam orta məktəbi

Xankəndi şəhəri Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbi

Xocavənd rayonu Qırmızıbazar qəsəbə tam orta məktəbi

Xocavənd şəhəri 1 nömrəli tam orta məktəbi

Xocalı rayonu Təzəbinə kənd tam orta məktəbi

Xocalı rayonu Xanyurdu kənd tam orta məktəbi

Bu əlamətdar hadisə işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və Böyük Qayıdış çərçivəsində təhsil həyatının davamlı şəkildə təşkilinin mühüm göstəricisidir.

Qeyd edək ki, Qarabağ Regional Təhsil İdarəsi üzrə işğaldan azad edilmiş ərazilərdə 19 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.
OXŞAR XƏBƏRLƏR