'İslahatçı Gənclər' 7 yaşını qeyd edir

GƏNCLİK
00:50 01.06.2013
1713

Fərid Şahbazlı: “Biz Cənab Prezidentin rəhbərliyi altında ölkədə aparılan islahatları dəstəkləyir və bunun davamlı olmasını arzu edirik”

Bu gün 2006-cı ildə “Gənc Liderlər” Uşaq Təşkilatı kimi fəaliyyətə başlayan, 2011-ci ildən etibarən “İslahatçı Gənclər” İctimai Birliyi adı altında dövlət qeydiyyatına alınmış formada çalışan gənclər birliyinin 6 yaşı tamam olur.Birliyin ad günü ilə bağlı fikirlərini bölüşən İB sədri Fərid Şahbazlı söyləyib ki, məktəbli ikən çox böyük ümidlərlə yaratdıqları bu təşkilat hazırda ölkəmizin ən iddialı və strukturlaşmış təşkilatlarından biridir:

“Biz bu illər ərzində çox məhdud imkanlarla 600-ə yaxın müxtəlif istiqamətli layihələr reallaşdırıb, gənclər sektorunda özümüzə məxsus yer tuta bilmişik. Hazırda birliyimizin üç bölgədə, yeddi universitetdə təmsilçilikləri fəaliyyət göstərir. Fəaliyyətimiz boyu kəmiyyətə deyil, keyfiyyətə üstünlük verdiyimizdən, təşkilatın sıralarında ölkəmizin yüzlərlə intellektual və dövlətçiliyə bağlı gənci birləşib. 7 il ərzində ölkəmizin 25 rayonunda, dünyanın 6 ölkəsində müxtəlif tədbirlər təşkil edib, çoxsaylı konfranslarda iştirak etmişik. “İslahatçı Gənclər” İctimai Birliyi eyni zamanda ölkə mediasının da ən çox diqqət göstərdiyini təşkilatlardandır. Hesab edirəm ki, 7 illik fəaliyyətimiz cəmiyyətin müxtəlif təbəqələri tərəfindən çox böyük etimad və diqqətlə qarşılanır. Təsadüfi deyil ki, bu gün onlarla millət vəkili, dövlət məmurları, ziyalılar təşkilatımızın Fəxri üzvləri sırasında cəmləşib”.

Fərid Şahbazlının sözlərinə görə, onlar bütün fəaliyyətləri boyu daim dövlətçilik mövqeyindən çıxış edib və ölkə prezidenti İlham Əliyevin siyasi xəttini müdafiə ediblər:“Yolumuz və məqsədimiz aydındır. Birliyimiz qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında qərar qəbul edib. Biz Cənab Prezidentin rəhbərliyi altında ölkədə aparılan islahatları dəstəkləyir və bunun davamlı olmasını arzu edirik”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
23:05 16.10.2026
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
22:58 16.10.2026
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
22:50 16.10.2026
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
22:41 16.10.2026
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
22:32 16.10.2026
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
22:20 16.10.2026
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
22:13 16.10.2026
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
22:03 16.10.2026
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:56 16.10.2026
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər