xari

“İslahatçı Gənclər” İctimai Birliyi 15 yaşını qeyd etdi - Yeni layihə təqdim olundu

GƏNCLİK
14:42 22.12.2020
444
"İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) 15 illik fəaliyyətinə həsr edilmiş onlayn konfrans keçirilib. Konfransda dövlət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edib.

Konfransı giriş sözü ilə açan "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Azərbaycanda əsasə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti həyata keçirilir. Birliyin sədri daha sonra hesabat xarakterli çıxış edərək, təşkilatın gördüyü işlər haqqında məlumat verib.

Qeyd olunub ki, "İslahatçı Gənclər”15 il ərzində 700-dən artıq layihə və tədbir icra olunub. Bu layihələr ölkəmizin 30 rayon və şəhərini, 15 ölkəsini əhatə edib. Tədbirlərdə ümumilikdə 30 mindən çox gənc iştirak edib.

Fərid Şahbazlı bildirib ki, Azərbaycan gəncliyi həm ön, həm də arxa cəbhənin döyüşçüləri olaraq, Böyük Vətən Müharibəsi Savaşından üzüağ çıxıb.

Birliyin sədri qeyd edib ki, "İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "Fikir” İnformasiya Platforması layihəsinin icrasına başlayır. Platforma gəncləri narahat edən məsələləri gündəmə gətirmək, onlarla bağlı müxtəlif videoreportajlar hazırlamaq, eyni zamanda aktual məsələləri müzakirə və debat formatlı proqramlar vasitəsi ilə izləyicilərə çatdırmağı planlaşdırır.

Onlayn konfransda çıxış edən Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Milli Məclisin deputatları Arzu Nağıyev, Naqif Həmzəyev, Ramil Həsən, Jalə Əliyeva, Vüqar İskəndərov, Azər Badamov, Şahin İsmayılov, Müşfiq Cəfərov, Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramova və digər qonaqlar çıxış edərək, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin məqsədlərindən və uğurlarından danışıblar. Qonaqlar "İslahatçı Gənclər” İctimai Birliyinin 15 illik fəaliyyətini müsbət qiymətləndirərək, təşkilata böyük uğurlar diləyiblər.

Təşkilatın 15 illiyinə həsr olunmuş toplatında "İslahatçı Gənclər” İctimai Birliyinə yeni üzvlərin qəbulu baş tutub. Böyük Vətən Müharibəsi qazisi Kamran Bayramov, cüdo üzrə dünya çempionatının mükafatçısı Rafiq Nəcəfov, Türkiyənin Milli Müdafiə Universitetinin məzunu Ümid Sadıqov, tanınmış müğənni Çinarə Məlikzadə, teleaparıcı Namidə İsayeva, ictimaiyyətlə əlaqələr üzrə mütəxxəssis Müjgan Əliyeva, fəal gənclər Mikayıl Mirzəzadə və Gülnarə Abbasova birliyin üzvlüyünə qəbul ediliblər.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR